Azecology
Arrow
Arrow
Slider

Sorğu

İçməli suyun təmizlənməsi üçün filtrdən istifadə edirsinizmi?

View Results

Loading ... Loading ...

“Ətraf mühitin qorunmasında gənclərin rolunun artırılması” – növbəti təlimin Press-Relizi (09.07.2011)

Azərbaycan Ekologiya Standartlarının Monitorinq Fondu Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Ətraf mühitin qorunmasında gənclərin rolunun artırılması” layihəsi çərçivəsində gənclər üçün təlimlər davam edir.

Növbəti təlim 09 iyul 2011-ci il tarixində “İnsan Hüquqları Evi”-ndə keçirilmişdir.
Təlimçi Abuşov Ayaz tərəfindən aparılmış, təlimdə 20 nəfər gənc iştirak etmişdir. Təlim “İnternet bloqçuluq və onun ətraf mühitin qorunmasına göstərə biləcək təsiri” mövzusunda idi. Təlim zamanı “Bloq nədir?”, “Bloqu necə yaratmalı?”, “Bloqa aid olan bütün məsələlər”, “Mən ekoloji bloqumu belə görürəm” və s. kimi məsələlərdən danışıldı. Təlim beyin həmlələri, qrup işləri, təqdimatlarla və interaktiv üsullarla keçirilmişdir.

Təlimin ikinci hissəsində “İnternet bloqçuluq və onun ətraf mühitin qorunmasına göstərə biləcək təsiri” mövzusunda praktiki təlim keçirilmişdir.

Lahiyənin təlim hissəsi başa çatmışdır və yekun olaraq iyul ayının sonunda Dəyirmi masanın keçirilməsi nəzərdə tutulub.

 

 

 

 

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO