Azecology
Arrow
Arrow
Slider

Sorğu

İçməli suyun təmizlənməsi üçün filtrdən istifadə edirsinizmi?

View Results

Loading ... Loading ...

Press-reliz

Artıq 7 ildir ki, fəaliyyətdə olan “Azərbaycan Ekologiya Standartlarının Monitorinq Fondu” təsis edilərkən qarşıya qoyulan ən ümdə məqsəd ölkəmizdə ekoloji durumunun müəyyənləşdirilməsi və bu problemlərin həlli istiqamətində fəaliyyətləri həyata keçirmək idi. Təşkilat fəaliyyətdə olduğu dövrdə ətraf mühitin mühafizəsi və cəmiyyətimizin bu sahədə maarifləndirilməsi sahəsində çoxsaylı layihə və proqramlar həyata keçirib və keçirməkdədir. Hal-hazırda icra etdiyi layihələrdən biri “Ətraf mühitin qorunmasında gənclərin rolunun artırılması” layihəsidir. Bu layihə Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə reallaşdırılır.

Layihənin əsas məqsədi – gənclər arasında ekoloji maarifləndirmə işi aparmaq, onları ekologiya sahəsində məlumat daşıyıcısı kimi formalaşdırmaqdır və lokal səviyyədə bəzi ekoloji problemlərin həllinə dəstək olmaqdır. Bu məqsədlərə nail olmaq üçün layihə çərçivəsində maarifləndirici bukletin çapı və paylanılması, təbliğedici köynəklərin çapı və s. istiqamətdə fəaliyyətlər icra edilmişdir. Layihənin yekunu olaraq 27 iyul 2011-ci il tarixində “dəyirmi masa” keçirilmişdir.

Dəyirmi Masada BMT-nin Bakı ofisinin və digər beynəlxalq təşkilat nümayəndələri, yerli qeyri-hökümət təşkilatları, ekoloq və mütəxəssislər iştirak etdilər.
Tədbiri qiriş sözü ilə açan “Azərbaycan Ekologiya Standartlarının Monitorinq Fondu”-nun icraçı direktoru Rüstəm Əliyev layihənin əsas məqsəd və vəzifələrindən danışdı. O vurğuladı ki, dövlətimiz ətraf mühitin qorunmasının vacibliyini tək bəyan etmir, lakin bu sahəyə iri məbləğdə vəsaitin qoyulnasına da hazırdır.
Fondun eksperti Sadiq Rzayev layihə çərçivəsində keçirilmiş təlimlərdən və təlimlərdə müzakirə olunan məsələlərdən danışdı. Qeyd olundu ki, təlimlərə 20 nəfər fəal gənc müsabiqə nəticəsində cəlb edilmişdir. Təlimlərdə ümumi ekologiya, ekoloji problemlər və onların həlli, biomüxtəliflik, qlobal istiləşmə və iqlim dəyişikliyi, internet bloqçuluq və onun ətraf mühitin qorunmasına göstərə biləcək təsiri və digər aktual məsəsələr qaldırılmışdır.

Daha sonra mövzu ətrafında müzakirələr və fikir mübadilələri aparılmışdır.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO