Azecology
Arrow
Arrow
Slider

Sorğu

İçməli suyun təmizlənməsi üçün filtrdən istifadə edirsinizmi?

View Results

Loading ... Loading ...

Cenevrədə Xəzərdə nərəkimilərin qorunub saxlanması yolları müzakirə edilir

Avqustun 15-də Cenevrədə nəsli və kökü kəsilmək üzrə olan vəhşi fauna və flora növləri ilə beynəlxalq ticarət haqqında Konvensiyanın (CİTEC) Daimi komitəsinin 65-ci sessiyası işə başlamışdır.

BMT Xəbərlər Mərkəzinə istinadla xəbər verir ki, avqustun 18-dək davam edəcək sessiyanın iştirakçıları Xəzər dənizindən ovlanan nərəkimilərin kürüsü ilə ticarətin vəziyyətini müzakirə edəcəklər.

Qeyd edək ki, CİTEC təkcə Konvensiya deyildir. O, həmçinin beynəlxalq vəhşi heyvan və bitki ticarətinin onların nəslinin və kökünün kəsilməsinə gətirib çıxarmamasını təmin edir. Konvensiya 1975-ci ildə Vaşinqtonda qəbul edilmişdir. CİTEC-in siyahısına düşən heyvan və bitkilər statuslarından asılı olaraq dərhal nəzarət predmetinə çevrilir, yəni nəsli və kökü kəsilməkdə olan nadir heyvan, balıq və bitki növlərinin ticarətinə qismən və ya tamamilə qadağa qoyulur.

www.azertag.com

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO