Azecology
Arrow
Arrow
Slider

Sorğu

İçməli suyun təmizlənməsi üçün filtrdən istifadə edirsinizmi?

View Results

Loading ... Loading ...

Zərdab rayonunda meşə sahələri genişləndirilir

Ekolojiya və Təbii Sərvətlər Nazirliyinin Zərdab Regional Meşəsalma Müəssisəsi ərazidəki meşə sahələrinin genişləndirilməsi, mövcud yaşıllıqlara qulluq göstərilməsi sahəsində ardıcıl tədbirlər həyata keçirir.

Müəssisədən bilıdirmişlər ki, təkcə cari ilin on bir ayında 85 hektar sahədə 212 min 500 ədəd yeni ağac əkilmişdir. Rayonda yeni meşəliklərin salınması istiqamətində işlər davam etdirilir. İlin sonunadək daha 15 hektarda yeni meşəliklərin salınması nəzərdə tutulmuşdur.
Müəssisə tərəfindən mövcud meşələrə xidmət göstərilməsi, onun mühafizəsi sahəsində də lazımi işlər görülür. Bu ilin ötən dövründə 90 hektar sahədə yeni meşəliklərin yaradılması üçün şumlama və malalama aparılmış, ağac əkini üçün şırımlar çəkilmişdir. 2,9 hektar sahədə tingilik salınmış, 1 hektarda böyütmə sahəsi yaradılmışdır.

Meşəsalma müəssisəsi bu il daxili imkanlar hesabına 500 kiloqram müxtəlif növ toxum tədarük edərək səpin aparmışdır. Yeni məşəliklərin mal-qaradan mühafizəsi məqsədilə 4 kilometr uzunluğunda mühavizə kanalları çəkilmişdir.

www.azertag.com

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO