Azecology
Arrow
Arrow
Slider

Sorğu

İçməli suyun təmizlənməsi üçün filtrdən istifadə edirsinizmi?

View Results

Loading ... Loading ...

Almaniyada koala balası nümayiş olunub

Almaniyanın Duysburq şəhər heyvanxanasında koala balası nümayiş olunub. Bala koala 7 ay öncə dünyaya gəlməsinə baxmayaraq anasının kisəsindən təzəlikcə çıxıb və yavaş-yavaş ətraf mühitə öyrəşməyə başlayır.

Heyvanxana işçiləri balanı tərəzidə çəkərək onun 618 qram olduğunu müəyyənləşdiriblər. Bala koalanı tərəzinin gözündə saxlamaq üçün isə onu maket koalanın üzərinə qoyublar. O, isə bunu anası sanaraq heç bir yerə tərpənməyib. Daha sonra həqiqi anasının belinə çıxan koala balası yenidən anasının belində təbiəti kəşf etməyə başlayıb.

Koala balasının hələlik adı olmasa da, gələn yay fəslində ona ad veriləcək. Qeyd edək ki, koalalar Avstraliya mənşəlidir və otyeyən heyvanlar qrupuna aiddir. Həmçinin, koalalar kisəli heyvanların nadir növlərindəndir.

www.anspress.com

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO