Azecology
Arrow
Arrow
Slider

Sorğu

İçməli suyun təmizlənməsi üçün filtrdən istifadə edirsinizmi?

View Results

Loading ... Loading ...

Cənub bölgəsində nə qədər təbiət abidəsi var?

Cənub bölgəsində yaşı 200-dən çox olan ağaclar təbiət abidəsi kimi qeydiyyata alınır.

Bölgənin milli park və meşə fonduna daxil olmayan ərazilərində belə təbiət abidələri çoxdur. Cənub bölgəsində 66 təbiət abidəsi qeydiyyata alınıb. Zəngin flora və faunası ilə seçilən Hirkan milli parkında 100-dən çox nadir təbiət və mədəniyyət abidələri var. Parkın elmi işlər üzrə direktor müavini Hacıağa Səfərov deyir ki, təbiət abidələri qrupunda ağaclar əsasən məxməri ağcaqayın, şabalıdyarpaq palıd, azıt, dəmirağacı növləridir.

Təbiət abidələrinin ən yaşlısı Yardımlı rayonunun Ökü kəndindədir. Bu ağacın 1220 yaşı var. 500-dən çox yaşı olan ağaclar əsasən Lənkəran, Lerik və Yardımlı rayonları ərazisindədir. Meşə fonduna daxil edilməyən həmin ağaclar Nazirlər Kabinetinin təbiət abidələrinin və onların yerləçdiyi ərazilərin təşkili qaydalarının təsdiq olunması barədə qərarına əsasən mühafizə olunur.

www.milli.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO