Azecology
Arrow
Arrow
Slider

Sorğu

İçməli suyun təmizlənməsi üçün filtrdən istifadə edirsinizmi?

View Results

Loading ... Loading ...

Ekologiya Nazirliyi bəzi neft müəssisələrini cərimələyib

Ekologiya və Təbii Sərvətlər Nazirliyi iri müəssisə və təşkilatlarda aparılmış monitorinqlərin nəticələrinə uyğun olaraq, eləcə də Dövlət Ekspertiza İdarəsi tərəfindən verilən ekspertiza rəylərinin yerlərdə yerinə yetirilməsinin icra vəziyyətini araşdırmaq məqsədilə bu ilin ötən dövrü ərzində apardığı monitorinqlərin nəticələrini açıqlayıb.

Nazirliyin mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, araşdırma zamanı atmosferə və ətraf əraziyə atdıqları zərərli maddələrə görə ARDNŞ-nin “Balaxanıneft”, “H.Z.Tağıyev”, “Bibiheybət”, “Siyəzənneft”, “Ə.Əmirov” Neft Qaz Çıxarma idarələrinə (NQÇİ) 21420 manat, “Qarasu” Əməliyyat Şirkətinə 7500 manat, Kompleks Qazma İşləri Trestinin Abşeron Qazma İşləri İdarəsinə 12490 manat ödəmələr tətbiq olunub və bu vəsaitlər ödənilib.

Bundan başqa, “Neft Daşları”, “28 May”, “Abşeronneft” NQÇİ-lərdən atmosferə atdıqları zərərli maddələrə və Xəzər dənizinə istehsalat sularının axıdılmasına görə “Azneft” İstehsalat Birliyinə 35730 manat ödəmə tətbiq olunub, onun 11730 manatının ödənilməsi təmin edilib.

Ətraf mühitə atılan zərərli maddələrə görə Dərin Özüllər Zavoduna 3083 manat, Geofizika və Geologiya İdarələrinə 1032 manat, Qaz Emalı Zavoduna 2926 manat, Neft Kəmərləri İdarəsinə 5128 manat, Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinə 3920 manat, Sosial İnkişaf İdarəsinə 5029 manat, Qaraçuxur İriləşdirilmiş Neft Mədəninə 4232 manat, Dalma Qurgularının Təmiri və Kirayəsi üzrə Elm İstehsalat Müəssiəsinə 3030 manat, “Xəzərdənizneftdonanma” İdarəsinə 4779 manat, “SOKAR-AQŞ” MMC-yə 2209 manat, “Baku Stell Company” MMC-yə 2857,3 manat, “Qafqaz Trans Services” MMC-yə 3057,5 manat, “Azərkimya” İB-nin Sumqayıt şəhərində fəaliyyət göstərən 5 müəssisəsinə 4170 manat məbləğində ödəmə tətbiq edilib və bu müəssisələr tərəfindən vəsaitin ödənilməsi təmin olunub.

Ətraf mühitə atılan tullantılara görə “Lukoyl-Azərbaycan” QSC-yə 876,4 manat, “Azpetrol LTD” MMC-yə isə 1470,8 manat məbləğində ödəmə tədbiq edilib və ödənilməsi təmin olunub.

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Dərin Sulu Günəşli” və “Şahdəniz” yataqlarında yerləşən platformalarda formalaşan məişət-təsərrüfat və istehsalat yönümlü qarışıq mənşəli tullantı sularının Xəzər dənizinə axıdılmasına, həmçinin qazma işləri zamanı əmələ gələn qazma şlamının düzgün utilizasiya edilməməsinə görə “BP” şirkətinə konkret faktlar üzrə iddialar verilib. Hazırda qaldırılan iddialarla bağlı şirkətin bu sahə ilə məşğul olan mütəxəssisləri və müvafiq qurumları ilə müzakirələr aparılır.

Çatışmazlıqların aradan qaldırılması məqsədilə ETSN-in Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən yuxarıda adı çəkilən müəssisə rəhbərliklərinə icrası məcburi olan göstərişlər verilib.

www.milli.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO