Azecology
Arrow
Arrow
Slider

Sorğu

İçməli suyun təmizlənməsi üçün filtrdən istifadə edirsinizmi?

View Results

Loading ... Loading ...

Türkiyədə Kürün suyundan SES-də istifadənin Azərbaycan ərazisinə təsiri açıqlanıb

Nazirliyin Ekologiya və təbiəti mühafizə siyasəti şöbəsinin sektor müdiri Mütəllim Əbdülhəsənov çərşənbə günü bildirib ki, Türkiyə öz dövlətçilik hüququndan istifadə edərək təbii su ehtiyatlarından bir hissəsini öz kənd təsərrüfatı və energetika ehtiyaclarını ödəmək üçün istifadə etmək fikrindədir.

Türkiyədə tikintisi planlaşdırılan “Beşikkaya” SES-in işləməsi üçün Kür çayının suyundan istifadə edilməsi gözlənilir.

“Bununla bağlı azərbaycanlı mütəxəssislərin iştirakı ilə Türkiyədə araşdırmalar aparılıb və Ərdahan bölgəsində həyata keçiriləcək layihənin xüsusiyyətləri müəyyən olunub. Bu bölgədə formalaşan su ildə 1 mlrd. kubmetrə yaxındır ki, bu da Gürcüstana ötürülür. Türkiyə bu həcmin yalnız 285 milyon kubmetrini öz məqsədləri üçün istifadə etmək fikrindədir”, – o deyib.

Həsənovun sözlərinə görə, hazırda layihənin texniki-iqtisadi əsaslandırılması hazırlanır. Layihənin həyata keçirilməsi Türkiyə hökuməti tərəfindən dəstəklənir.

“Azərbaycana Gürcüstan sərhədindən Kür çayı vasitəsilə daxil olan sular ildə 8,7 mlrd kubmetrdir. Kür çayının ümumi illik su ehtiyatları isə 26,9 mlrd kubmetrdir. Götürüləcək 285 mln kubmetr su Gürcüstandan daxil olan ümumi suyun cəmi 3 faizini təşkil edir ki, bunun da Azərbaycanın su ehtiyatlarına, onun ekosisteminin digər sahələrinə heç bir mənfi təsiri gözlənilmir”, – nazirlik nümayəndəsi deyib.

www.milli.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO