Azecology
Arrow
Arrow
Slider

Sorğu

İçməli suyun təmizlənməsi üçün filtrdən istifadə edirsinizmi?

View Results

Loading ... Loading ...

“TƏHLÜKƏSİZ YOL” Alyansı yaradılmışdır

Məlumat üçün bildirmək istərdik ki, 09 yanvar 2012-ci ildə “Təhlükəsiz Yol” Alyansının təsis yığıncağı keçirilmişdir. Alyansın yaradılmasının səbəbi ölkədə ötən il ərzində yol qəzalarının və yol qəzaları qurbanları sayının hədsiz dərəcədə artması, yol qəzalarının ölkədə çox ciddi bir problemə çevrilməsi və problemin həllinə vətəndaş cəmiyyəti qurumlarının təxirəsalınmaz müdaxiləsi zərurəti olmuşdur. Qeyd edək ki, DİN Baş Dövlət Yol Polisi İdarəsinin açıqladığı rəsmi statistik məlumatlara əsasən ölkəmizdə 2011-ci il ərzində 2890 yol nəqliyyat hadisəsi baş verib, bu hadisələr nəticəsində 1016 nəfər ölüb və 3031 nəfər isə xəsarət almışdır. Məhz bu tükürpədici rəqəmlər 10-dan artıq fəal və ölkədə nüfuza malik qeyri-hökümət təşkilatını bir alyansda birləşərək bu sahədə birgə fəaliyyət göstərməyə sövq etmişdir. Alyansın təsisçiləri “Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım” Assosiasiyası (AVCİYA), “İnsan Hüquqlarına dair Beynəlxalq Standartların Təsbiti” üzrə Birgə İşçi Qrupu (BİQ), “İnsan Hüquqları XXI əsr –Azərbaycan” Fondu, “Konstitusiya” Araşdırmaları Fondu, “Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” İctimai Birliyi, “Azərbaycan Ekologiya Standartlarının Monitorinq” Fondu, “Siyasi Texnologiyalar” Mərkəzi, “Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiəsi” Mərkəzi, “Söz Azadlığı Müdafiə” Fondu, “Els” Müstəqil Araşdırmalar Mərkəzi, və “Korrupsiyaya Qarşı Mübarizə” Fondudur.

Təsis yığıncağında problemin ciddiliyi ətraflı müzakirə edilmiş, vətəndaş cəmiyyəti sektorunun bu sahədə dövlət qurumları və beynəlxalq təşkilatlarla əməkdaşlığının vacibliyi və sair bu kimi mühüm məsələlər müzakirə edilmişdir. Qeyd edilmişdir ki, ölkədə ictimai təşkilatların belə ciddi problemlərə reaksiya verməsi təqdirəlayiq hal olsa da, aidiyyatı dövlət qurumları ilə yanaşı sırf bu sahədə fəaliyyət göstərən QHT-lər və QHT birliklərinin bu günədək bu sahədə heç bir konkret proqram və layihələr həyata keçirməmələrinin nəticəsidir ki, bu gün Azərbaycanda 1000-dən artıq insan yol qəzası qurbanı olmuşdur. “Təhlükəsiz Yol” Alyansı ictimai mühitdəki məhz bu boşluğu doldurmaq, bu problemə gətirib çıxaran piyada səhlənkarlığı, sürücü məsuliyyətsizliyi, yol mədəniyyəti, qanunvericilikdəki boşluqların aradan qaldırılması sahəsində müfaviq işlərin görülməsi, bu sahəyə məsul dövlət qurumlarının fəaliyyətinə ictimai nəzarətin artırılması məqsədi daşıyır.

Yığıncaqda qərara alınmışdır ki, 17 yanvar 2012-ci il tarixində Alyansın və fəaliyyət proqramının təqdimatı, fəaliyyətə başlaması ilə bağlı ictimai müzakirənin təşkili məqsədi ilə Dəyirmi Masa keçiriləcəkdir. Tədbirə maraqlı dövlət qurumlarının, alyansdan kənarda qalmış digər QHT və QHT birliklərinin nümayəndələri, habelə kütləvi informasiya vasitələri təmsilçiləri dəvət olunacaqlar. Tədbir Beynəlxalq Mətbuat Mərkəzinin konfrans zalında saat 11:00 baş tutacaqdır.

Bakı şəhəri, Akad. Həsən Əliyev 96 (III mərtəbə)
Tel: (994 12) 564-10-38; Qaynar xətlər: (994 12) 408-30-17/27
Tall free (regionlardan və azərcell abunəçilərindən): 088 408-30-17/27

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO