Azecology
Arrow
Arrow
Slider

Sorğu

İçməli suyun təmizlənməsi üçün filtrdən istifadə edirsinizmi?

View Results

Loading ... Loading ...

Asqıran meymunlar və buynuzlu ilanlar tapılıb

Ən nadir, fotoşəkilləri və videogörüntüləri indiyədək olmayan Birma dikburun meymunlarının ilk fotoları əldə olunub.

Myanmadakı Kaçin dağının ətəklərindəki cəngəlliklərdə bu meymunların şəkilləri çəkilib.

Britaniyadakı Beynəlxalq Fauna və Flora Cəmiyyətinin tanınmış üzvü Ceremi Holden həmin meymunları əks etdirə bilib.

Yerli sakinlərin “üzüyuxarı” və “asqıran” adlandırdıqları meymunlar dikburun olduqlarından musson yağışları zamanı yağış suyu onların burunlarına dolur. Bu səbəbdən meymunlar daim asqırır, başlarını aşağı tutmağa çalışırlar.
Meymunların varlığı bilinsə də, indiyədək yalnız onların dəriləri və sümükləri tapılmışdı.

Myanmanın Çin ilə sərhəd bölgəsində yerləşən Kaçin dağının ətəklərindəki cəngəlliklərdə 200 belə meymunun yaşadığı güman edilir.

“Biodiversity and Nature Conservation Association” və “Fauna and Flora International” təşkilatlarının əməkdaşları artıq dağ ətəklərində araşdırmalara başlayıblar.

Bu arada Tanzaniyada “buynuzlu” adlanan sarı naxışlı gürzə növü tapılıb.
Yeni ilan növü ilə bağlı məlumatlar “Zootaxa” jurnalında dərc olunub.

Hazırda belə ilanlardan birinin ABŞ-ın Nyu-York şəhərindəki Bronks zooparkına aparılması ilə bağlı danışıqlar aparılır.

www.milli.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO