Azecology
Arrow
Arrow
Slider

Sorğu

İçməli suyun təmizlənməsi üçün filtrdən istifadə edirsinizmi?

View Results

Loading ... Loading ...

Sülh yeni bir dünyaya doğru

Gənclər Fəaliyyətdə proqramı çərçivəsində “Sülh yeni bir dünyaya doğru” adlı 8 günlük təlim kursları Palermoda (İtaliya) baş tutacaq. Bu təlim kursu gənc insanlarla məhdud imkanla işləyən gənclik üçün nəzərdə tutulub. Kurs iştirakçılara sülhü tərbiyə etmək və sosial təcridlə mübarizə üçün məkan kimi təhsili vurğulamaqla sülh mədəniyyəti əsasında biliklər, dəyərlər, bacarıqlar və davranışlar təqdim edəcək. Gənc sülh təlimçilərinin cəmiyyətin dəyişilməsi və sülhsevər gələcəyin qurulması istiqamətində digər cavanlarla ünsiyyət qurmaq və fəal vətəndaşlığa onları cəlb etmək öhdəlikləri var.
Təlim kursuna nəzəri hissə daxildir, hansındakı tarixə və sülh təhsili sahəsində əsas anlayışlara, sosial təcridolunma anlayışı, sülh mədəniyyətinə gedən yolda əsas maneələrə ümumi baxış keçiriləcək və sülhün quruculuğunda müsbət qarşılıqlı təsir göstərən kontekstual vəziyyətlər analiz olunacaq. Həmçinin Yoxsulluqla Mübarizə Üçün Avropa İli və Sosial Təcridolunma 2010 və Könüllü İşləmə Avropa İli 2011-in nəticələrinə diqqət yetiriləcək. Praktiki hissədə, iştirakçılar fəal olaraq müxtəlif maarifləndirmə yanaşmalarını və cavanları paylaşılan və üstün olan gələcəyi reallaşdırmaqda aktiv öhdəliyə cəlb etmək üçün sülh təhsilini təcrübədən keçirəcək. Bundan əlavə onlar yerli və beynəlxalq səviyyədə daxil olan lahiyələri necə inkişaf etdirməyi və həyata keçirməyi bir yerdə öyrənəcəklər. Ümumilikdə , təlim kursu sosial təcridolunmaya qarşı və qlobal harmoniyanı təbliğ etmək və insan inkişafı məqsədi ilə sülh mədəniyyətinin təşviqində gəncliyin rolunun qarşılıqlı əks etdirməsi və mədəniyyətlərarası mübadilə çərçivəsində keçiriləcək.

Tarixlər: 08/07/2012 (gəliş günü) – 16/07/2012 (gediş günü)

Keçirilmə yeri: Palermo, İtaliya

Məqsədləri:
Maarifləndirmə vasitəsilə gənclər arasında sülh mədəniyyətini təbliğ etmək
Gəncləri aktiv vətəndaşlığa cəlb etmək
Gəncləri bilik, iş bacarıqları və cəmiyyətdə qəbul olunmaları üçün yaradıcı alətlərlə təchiz etmək
Gənclərdə qlobal vətəndaşlıq məlumatlılığını artırmaq və icma inkişafında, onların fəal iştirakını artırmaq

Metodologiya: Qarşılıqlı Majestik yanaşma (D.Dolci), Teatr Forumu (A. Boal), Düşünmə Yaradıcılığı (De Bono), UNESCO-nun təhsilin 4 sütunu

İş dili: İngilis dili

Sahib təşkilatlar: CESIE – Centro Studi ed Iniziative Europeo
Əməkdaşlar: “Alternative-V” Gənclərin Tərəfdaşlıq üçün Ukrayna Assosiasiyası, Müstəqil Dünya Gənclər Birliyi, Azərbaycan Ekologiya Standartlarının Monitorinq Fondu, Müasir Gənclər Şəbəkəsi İctimai Birliyi, STABILITY, “Yeni Üzlər” Belarus Gənclər İctimai Birliyi, Yaradıcı düşünmə klubu “Altı Papaq”, EuroMed Əlaqələndirmə İşbirliyi, Hogeschool Rotterdam- Sosial işlər məktəbi, Yunanistan Regional İnkişaf Mərkəzi, ACTİVİTY insan resursları və davamli inkişaf fondu, ZAVOD NEFİKS- Bolqarıstan Gender Tədqiqat Fondu

 

 

Bukleti bu linkdən yükləyin

http://cesie.org/en/in-azione/internaziona…ards-new-world/

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO