Azecology
Arrow
Arrow
Slider

Sorğu

İçməli suyun təmizlənməsi üçün filtrdən istifadə edirsinizmi?

View Results

Loading ... Loading ...

Press Reliz

Azərbaycan Ekologiya Standartlarının Monitorinq Fondu Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun 2012-ci il üçün qeyri-hökumət təşkilatlarının layihələrinin maliyyələşdirilməsi ilə bağlı elan etdiyi müsabiqədə “Ekoloji İnternet bloqçuluğun inkişafına dəstək” adlı layihə ilə iştirak etmişdir. Layihə Fondun qiymətləndirmə şurası tərəfindən yoxlanaraq qaliblər siyahısına salınmışdır.

“Ekoloji İnternet bloqçuluğun inkişafına dəstək” layihəsi avqust ayının 15-dən başlayaraq hazırlıq mərhələsindədir, layihənin icra hissəsi 2012-ci il sentyabr ayının 15-dən başlayacaqdır.

Layihənin məqsədi: gənclər arasında ekoloji maarifləndirmə işi aparmaq, onları ekologiya sahəsində məlumat daşıyıcısı kimi formalaşdıraraq lokal səviyyədə bəzi ekoloji problemlərin həllinə dəstək olmaqdır. Bundan əlavə, ölkədə ətraf mühitin qorunmasında innovativ metodların təbliği, ekoloji İnternet bloqçuluğun inkişafına dəstək də layihənin əsas məqsədidir. Layihənin hədəf qrupu hökümət və qeyri-hökümət təşkilatlarından, ali və orta təhsil müəssisələrindən olan fəal gənclərdir.

“Ekoloji İnternet bloqçuluğun inkişafına dəstək” layihəsi Bakı şəhərində və Xızı rayonunda (Altıağac Milli Parkı) keçiriləcəkdir. Layihə çərçivəsində keçirilməsi nəzərdə tutulmuş praktiki təlimlər çöl şəraitində Bakı şəhərinin Mərdakən qəsəbəsində yerləşən Dendraridə və Xızı rayonunda yerləşən Altıağac Milli Parkında keçiriləcəkdir.

Layihənin icra hissəsində gənclər üçün “Ümumi Ekologiya” və “Ekoloji İnternet bloqçuluq” mövzularında ümumi olaraq 12 təlim təşkil olunacaqdır, bunlardan 2 təlim isə açıq havada təşkil olunacaqdır. Təlimlərdə iştirak etmiş gənclər sertifikatlarla təltif olunacaqlar.

Təlimlərdə iştirak etmək üçün fondumuzun elektron ünvanına (azecology@gmail.com) müraciət edə bilərsiniz.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO