Azecology
Arrow
Arrow
Slider

Sorğu

İçməli suyun təmizlənməsi üçün filtrdən istifadə edirsinizmi?

View Results

Loading ... Loading ...

Press Reliz

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi 2012ci il üçün qeyri-hökumət təşkilatlarının layihələrinin qismən maliyyələşdirilməsi ilə bağlı müsabiqə elan etmişdir. Bu müsabiqədə Gənclərin Mədəniyyətlərarası Əməkdaşlıq Liqası (GMƏL), Gələcəyə İnam Gənclər İctimai Birliyi (GİGİB) və Azərbaycan Ekologiya Standartlarının Monitorinq Fondu (AESMF) ilə birgə hazırladıqları “Region gənclərinə bloqçuluq bacarıqlarının öyrədilməsi” adlı layihəsini təqdim etmişdirlər. Layihə nazirliyin qiymətləndirmə şurası tərəfindən yoxlanaraq qaliblər siyahısına salınmışdır.

“Region gənclərinə bloqçuluq bacarıqlarının öyrədilməsi” layihəsinin icra hissəsi 2012-ci Oktyabr ayının 1dən başlayacaqdır. Layihə hal hazırda hazırlıq mərhələsindədir.
Layihənin məqsədi – müasir gənclərin qarşısında duran məsələlərin həllində və gənclərin ictimai məlumatlılığının artırılmasında internet resurslarının – veb səhifələrin yaradılmasi və veb texnologiyalar sahəsində maarifləndirməkdir.
Layihənin rəhbəri Sadiq Rzayevdir.

Layihəyə Azərbaycanın 4 regionunda (Bərdə, Şəki, Quba, Bakı) fəaliyyət göstərən Hökümət və Qeyri-Hökümət təşkilatlarndan olan 100 nəfər fəal gənc cəlb olunacaq. Layihənin icra hissəsində Bərdə, Şəki, Quba və Bakıda gənclər üçün “Veb texnologiyalar”, “Bloqların yaradılması və idarəolunması” və “Sosial şəbəkələr” mövzularında 2 günlük təlimlər təşkil olunacaqdır. Layihə çərçivəsində sayt yaradılacaq ki, bu saytdan gənclər İKT sahəsində məlumatlar alacaq. Layihənin təlim hissəsi bitdikdən sonra təlimlənmiş gənclər üçün “ən yaxşı bloq” müsabiqəsi təşkil olunacaqdır. Müsabiqədə ən yaxşı 3 bloq, ekspertlər şurası və təşkilat heyəti tərəfindən müəyyənləşdirilərək simvolik hədiyyələrlə həvəsləndiriləcək və sertifikatlarla təltif olunacaqlar. Regionlarda təlimlərin keçirilməsində AR Gənclər və İdman Nazirliyinin yerli İdarələri ilə əməkdaşlıq ediləcəkdir.

Layihə müddətində bütün məlumatlar layihə çərçivəsində yaradılacaq veb səhifədə və Azərbaycan Ekologiya Standartlarının Monitorinq Fondu-nun elektron saytında (www.azecology.az) yerləşdiriləcək və daima yenilənəcəkdir.

Təlimlərdə iştirak etmək üçün fondumuzun elektron ünvanına (azecology@gmail.com) müraciət edə bilərsiniz.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO