Azecology
Arrow
Arrow
Slider

Sorğu

İçməli suyun təmizlənməsi üçün filtrdən istifadə edirsinizmi?

View Results

Loading ... Loading ...

“Ekoloji İnternet bloqçuluğun inkişafına dəstək” layihəsinin icra mərhələsinə start verilmişdir

Artıq 8 ildir ki, fəaliyyətdə olan Azərbaycan Ekologiya Standartlarının Monitorinq Fondu təsis edilərkən qarşıya qoyulan ən ümdə məqsəd ölkəmizdə ekoloji durumunun müəyyənləşdirilməsi və bu problemlərin həlli istiqamətində fəaliyyətləri həyata keçirmək idi. Təşkilat fəaliyyətdə olduğu dövrdə ətraf mühitin mühafizəsi və cəmiyyətimizin bu sahədə maarifləndirilməsi sahəsində çoxsaylı layihə və proqramlar həyata keçirib və keçirməkdədir.

Hal-hazırda Azərbaycan Ekologiya Standartlarının Monitorinq Fondu Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Ekoloji İnternet bloqçuluğun inkişafına dəstək” layihəsi çərçivəsində gənclər üçün təşkil olunmuş ekoloji təlimlərə başlamışdır. Layihənin hədəf qrupu qeyri-hökumət təşkilatlarından, ali və orta təhsil müassisələrindən olan fəal gənclərdir.

Layihənin əsas məqsədi – ölkədə gənclər arasında ekoloji İnternet bloqçuluğun inkişaf etdirilməsidir. Bu məqsədlə Azərbaycan Ekologiya Standartlarının Monitorinq Fondu müxtəlif mövzularda təlimlər vasitəsi ilə gənclərin ekoloji biliklərini və İKT vərdişlərini artıracaqdır.

İlk təlimlər 06 və 13 oktyabr 2012-ci il tarixlərində keçirilmişdir. Təlimçi-ekoloq Sadiq Rzayev tərəfindən aparılmış təlimlərdə 20 nəfər gənc iştirak etmişdir. İlk təlimlərin mövzuları “Ümumi ekologiya” və “Biomüxtəliflik” olmuşdur. Təlimlərin zamanı “ətraf mühit anlayışı”, “ekologiyanın əsasları”, “ekoloji qruplar”, “ekologiyamızda nə dəyişməli, nə dəyişməməlidir”, “Qlobal Biomüxtəliflik strategiyasında iştirak edən fərdi şəxslər, təşkilatlar üçün 8 prinsip”, “Azərbaycanda biomüxtəliflik” və s. kimi məsələlərdən danışıldı. Təlim beyin həmlələri, qrup işləri, təqdimatlarla və interaktiv üsullarla keçirilmişdir.

Nəzərinizə çatdırırıq ki, növbəti təlim ““Ekoloji təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanunu” mövzusunda olacaqdır.
Təlimlər hər həftənin şənbə günü saat 11.00-14.00-da, İ.P.Dadaşov küçəsi 50 ünvanında keçiriləcəkdir. Maraqlananlar 436-27-20 nömrəli telefona zəng edərək və azecology@gmail.com e-mail ünvanı ilə əlaqə saxlayaraq, təlimlərlə bağlı daha ətraflı məlumatı əldə edə bilərlər.

 

 

 

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO