Azecology
Arrow
Arrow
Slider

Sorğu

İçməli suyun təmizlənməsi üçün filtrdən istifadə edirsinizmi?

View Results

Loading ... Loading ...

Bakı-Moskva videokörpüsündə Böyük Qafqaz sıra dağlarının ekoloji durumu müzakirə olunmuşdur

Dekabrın 10-da Rusiyanın “RİA Novosti” xəbərlər agentliyi tərəfindən Bakı-Moskva videokörpüsü təşkil edilmişdir.

Hər il dekabrın 11-də qeyd edilən Beynəlxalq Dağlar Gününə həsr olunmuş videokörpüdə Böyük Qafqaz sıra dağlarının ekoloji durumundan, turizm perspektivlərindən və iqlim dəyişikliklərindən söhbət açılmışdır.
Videokörpüdə ölkəmizi Azərbaycanda Regional İnkişaf Mərkəzinin sədri, Bakı Dövlət Universitetinin professoru Çingiz İsmayılov təmsil etmişdir. Rusiya tərəfi isə videokörpüdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin coğrafiya fakültəsinin elmi işçisi, coğrafiya elmləri namizədi Dmitri Botavin ulə təmsil olunmuşdur.

Zəngin mədəni-tarixi irsə və əlverişli təbii şəraitə malik olan Azərbaycanın turizm potensialından danışan Ç.İsmayılov, həm də ölkəmizdə dağ turizminin inkişafı üçün geniş imkanların olduğunu diqqətə çatdırmışdır. Bildirmişdir ki, Prezident İlham Əliyevin 2010-cu il 6 aprel tarixli Sərəncamı ilə təsdiq olunmuş ”Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı”nın həyata keçirilməsi nəticəsində ölkəmizdə turizm iqtisadiyyatın aparıcı sahələrindən birinə çevrilmişdir.
Qeyd olunmuşdur ki, Azərbaycan qış turizmi ölkəsinə çevrilir. Şahdağ Turizm Kompleksinin inşası ölkəmizdə dağ xizəkçiliyi və digər qış idman növləri ilə məşğul olmaq üçün geniş imkanlar yaratmışdır.

D.Botavin isə çıxışında Cənubi Qafqazda terror təhlükəsinin bu kurort zonasına turistlərin cəlb olunmasına mənfi təsir göstərdiyini vurğulamışdır.
“Kabardin-Balkar Respublikasında antiterror əməliyyatları elan olunduqdan sonra rusiyalı turistlər istirahət marşrutlarını dəyişərək Asiya dağlarına üz tutmuşlar”, – deyə rusiyalı ekspert bildirmişdir.
Tədbirdə Böyük Qafqaz dağlarında ekoloji durumla bağlı yaranan digər problemlərə də toxunulmuş, tullantıların qarşısının alınmasının vacibliyi vurğulanmışdır.

Videokörpüdə, həmçinin iştirakçıların sualları cavablandırılmışdır.

www.azertag.com

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO