Azecology
Arrow
Arrow
Slider

Sorğu

İçməli suyun təmizlənməsi üçün filtrdən istifadə edirsinizmi?

View Results

Loading ... Loading ...

Bakının yeni talismanı – Afrika zeytunları

Son illər Azərbaycan paytaxtında yaşıllaşdırmaya böyük önəm verilir. Təmir olunmuş küçələrin kənarında, parklarda, xiyabanlarda müxtəlif növ bitkilər əkilir.

Bu bitkilər arasında xarici ölkələrdən gətirilmiş növlər, xüsusi ilə zeytun ağacları daha çox diqqət çəkir. Bu ağaclar görünüşünə görə yerli ağaclardan çox fərqlənir. İlk vətəni Şimali Afrika və Aralıq dənizi hövzəsi olan bu ağaclar daha çox Afrika Zeytunu adı ilə tanınır.

Tropik və subtropik iqlimə uyğunlaşmış ağaclar uzunömürlüdür və həmişəyaşıldır. Afrika Zeytunları budaqlarının forması və budanmasına görə xüsusi dekorativliyə malikdir.

Bu gün Bakının bir çox yerlərində, əsasən də aeroport şosesi kimi tanınan yolun kənarlarında bu ağaclara tez-tez rast gəlmək mümkündür. Dekorativ zeytun ağacları bitki mağazalarında da satılır.

www.publika.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO