Azecology
Arrow
Arrow
Slider

Sorğu

İçməli suyun təmizlənməsi üçün filtrdən istifadə edirsinizmi?

View Results

Loading ... Loading ...

Gəzən naqqa balığı, quş qurbağa…

Balaca, miniatür “ləkə” balığı Cənub-Şərqi Asiyada kəşf edilmiş 100 ən gözəl və qəribə məxluqlardan biridir. Balıq sadəcə 2 sm-dir və cənubi Taylandda, Surat Taninin sahilindən tapılıb. Balığa “ləkə” adı bədənindəki böyük ləkəyə görə qoyulub.

Regionda tapılan digər nadir heyvanlar əassən Kamboca, Laos, Birma, Tayland, Vyetnam və Çinin Yunnan əyalətini əhatə edir.

Dünya Təbiətinin Vəhşi Fondunun hesabatına görə keçən il bu regionda 125 heyvan növü kəşf edilib.

Tapıntılardan ən maraqlısı isə gəzən naqqa balığıdır. Belə ki, əslində ayaqları olmayan balıq ön üzgəcləri vasitəsilə “ayaq üstə” dayana bilir və gəzə bilir.

Və ya Şimali Vyetnamda tapılan ağac qurbağası olduqca diqqət çəkir. Belə ki, onun həyat tərzi daha çox quşun həyat tərzinə bənzəyir nəinki qurbağanın. Cənubi Vyetnamda tapılmış digər qurbağanın isə bir gözü qara, bir gözü ağdır.

www.publika.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO