Azecology
Arrow
Arrow
Slider

Sorğu

İçməli suyun təmizlənməsi üçün filtrdən istifadə edirsinizmi?

View Results

Loading ... Loading ...

Gədəbəydə külək və qarın yaratdığı fəsadlar aradan qaldırılır

 

 

 

 

 

 

 

 

 

 

Bir neçə gündür ki, yüksək dağlıq ərazidə yerləşən Gədəbəy rayonunda əsən külək və yağan qar bir sıra fəsadlar yaratmışdır.

Rayon fövqəladə hallar komissiyasının sədri Qüdrət Paşayevin AzərTAc-a verdiyi məlumata görə, Moruqlu, Qoşabulaq və Fərizamanlı kəndlərinə gedən yollarda hərəkət çətinləşmiş, elektrik xətləri sıradan çıxmışdır. Həyata keçirilən təcili tədbirlər nəticəsində yollara qum və duz səpilərək avtomobillərin hərəkəti bərpa edilmiş, qırılmış elektrik naqilləri yenisi ilə əvəz olunmuşdur.

Hazırda rayon mərkəzində qarın hündürlüyünün 5-6 santimetr, ucqar kəndlərdə isə 15-20 santimetr olduğunu bildirən Qüdrət Paşayev onu da əlavə etmişdir ki, rayonda qış mövsümünə ciddi hazırlıq görüldüyündən, bu kimi təbii hadisələrin yaratdığı fəsadların aradan qaldırılması heç bir çətinlik törətmir.

Azertag.com

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO