Azecology
Arrow
Arrow
Slider

Sorğu

İçməli suyun təmizlənməsi üçün filtrdən istifadə edirsinizmi?

View Results

Loading ... Loading ...

Ölkə ərazisində müşahidə olunmuş kəskin hava şəraiti haqqında məlumat

 

 

 

 

 

 

 

Milli Hidrometeorologiya Departamentindən əvvəlcədən xəbər verildiyi kimi dekabrın 03-ü gündüzdən 04-ü səhərədək ölkə ərazisində hava şəraiti kəskin dəyişmiş, şimal-qərb küləyi şiddətlənmiş, əksər rayonlarda yağıntılı olmuş, bəzi yerlərdə intensivləşmiş, sulu qar və qar yağmışdır. 

Abşeron yarımadasında axşam saatlarında yağışın sulu qara keçməsi qeydə alınmışdır. 

Külək: Şimal-qərb küləyinin sürəti Mingəçevirdə 35 m/s, Tərtərdə 33 m/s, Zərdabda 32 m/s, Bərdə, Naftalanda 30 m/s, Ceyrançöl, Göyçayda 28 m/s, Gəncədə 24 m/s, Ağstafa, Tovuz, Biləsuvarda 22 m/s, Xaçmaz, Yevlaxda 20 m/s, Abşeron yarımadasında və Abşeron dəniz rayonunda 27-32 m/s-dək güclənmiş, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 6.5 metrə çatmışdır. 

Yağıntı: Göygöldə 14 mm, Yardımlıda 12 mm, Daşkəsən, Altıağacda 11mm, Quba, Lerikdə 9 mm, Kəlvəzdə 7 mm, digər rayonlarda 0-6 mm, Bakıda və Abşeron yarımadasında 0.3-8 mm, Abşeron dəniz rayonunda 1-9 mm yağıntı qeydə alınmışdır.

Qar örtüyünün hündürlüyü: Qusar rayonunun Ləzə məntəqəsində 23 sm, Altıağacda 20 sm, Xaltan, Susay, Qonaqkənddə 18 sm, Rvarudda 16 sm, Lerikdə 15 sm, Yardımlıda 13 sm, Kəlvəz, Rük, Quba, Qusarda 12 sm, Küpçal, Təngəaltı, Nohurdüzündə 10 sm, Daşkəsən, Göygöldə 7 sm, Qırız, Xınalıqda 5 sm, Gədəbəy, Mərəzədə 3 sm olmuşdur.

Temperatur: Dekabrın 04-də gecə havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 2-3, aran rayonlarında 0-5 dərəcə isti, dağlıq rayonlarda 7-10 dərəcə şaxta, Naxçıvan MR-da 4 dərəcə şaxtadan 1dərəcəyədək isti təşkil etmişdir. 

Eco.gov.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO