Azecology
Arrow
Arrow
Slider

Sorğu

İçməli suyun təmizlənməsi üçün filtrdən istifadə edirsinizmi?

View Results

Loading ... Loading ...

Kür çayında suyun səviyyəsinin ötən ilin müvafiq dövrü ilə müqayisədə aşağı olduğu müəyyən edilmişdir

 

 

 

 

 

 

 

 

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti çayların sululuğu ilə bağlı apardığı araşdırmanın nəticələrini açıqlamışdır.

Nazirliyin mətbuat xidmətindən  bildirmişlər ki, araşdırmanın nəticələrinə əsasən, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 130-150, Kiçik Qafqazın çaylarında 100-150, Lənkəran-Astara bölgəsi çaylarında 20-40, Naxçıvan MR çaylarında isə 50 faizini təşkil etmişdir.

Dekabrın 9-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 5 sm azalma müşahidə olunmuşdur. Hazırda məntəqədə su sərfi saniyədə 125 kubmetrdir. Qanıx çayının Əyriçay məntəqəsində isə suyun səviyyəsinin 3 sm artdığı, su sərfinin saniyədə 71 kubmetr olduğu müəyyən edilmişdir.

Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik baş verməmiş, Araz çayının Novruzlu məntəqəsində isə 5 sm artım qeydə alınmışdır.

Hazırda suyun səviyyəsi Kür çayının aşağı axınındakı məntəqələrdə – Surrada 334, Şirvanda 190, Salyanda 150, Bankədə 209, Araz çayının Novruzlu məntəqəsində isə 115 santimetrdir. Bütün məntəqələrdə suyun səviyyəsinin ötən ilin müvafiq dövrü ilə müqayisədə aşağı olduğu müəyyən edilmişdir.

Azertag.com

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO