Azecology
Arrow
Arrow
Slider

Sorğu

İçməli suyun təmizlənməsi üçün filtrdən istifadə edirsinizmi?

View Results

Loading ... Loading ...

Qəbələ rayonunda 50 hektar sahədə yeni meşəlik salınmışdır

 

 

 

 

 

 

 

 

 

 

 

Qəbələ rayonunda meşələrin mühafizəsi və bərpası daim diqqət mərkəzində saxlanılır.

Rayonun baş meşəbəyisi İlqar Cəlalov AzərTAc-a bildirmişdir ki, Qəbələdə yeni meşəliklərin salınması mövsümü dekabrın 9-da başa çatmışdır. Payız mövsümündə plana uyğun olaraq rayonun Bum, Vəndam, Yenikənd və Zarağan meşəbəyiliklərinin ərazisindəki dövlət meşə fondunun torpaqlarında 40 hektar sahədə mədəni meşə salınmışdır. Bunun 20 hektarında palıd qozalarının səpini aparılmış, qalan 20 hektar əraziyə isə qoz, şabalıd, akasiya, vələs, göyrüş, ağcaqayın, palıd, fıstıq və digər qiymətli ağac növlərindən olan 25 min ting əkilmişdir.

Bu ilin yaz aylarında isə 30 hektar ərazidə mədəni meşəlik salınmışdır. Cari ildə rayonda, ümumilikdə, 50 hektar sahəyə 55 min ting əkilmişdir. Həmçinin rayon meşələrin mühafizəsi və bərpası müəssisənin kollektivi bu ilin payızında 2 hektar sahədə yeni tinglik salmışdır. Hazırda orada 150 min ədəd ting yetişdirilir. Rayon meşəçiləri ağac əkini üçün 5840 kiloqram toxum toplamışlar. Bunun 3560 kiloqramını palıd, 562 kiloqramını qoz, 1567 kiloqramını şabalıd, 110 kiloqramını göyrüş, 41 kiloqramını ağcaqayın toxumu təşkil edir.

Gələn ilin yaz aylarında ağac əkini və toxum səpini mövsümünə başlanılacaqdır.

Azertag.com

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO