Azecology
Arrow
Arrow
Slider

Sorğu

İçməli suyun təmizlənməsi üçün filtrdən istifadə edirsinizmi?

View Results

Loading ... Loading ...

Azərbaycanda bu gecə ən çox qar Lerikdə yağıb

 

 

 

 

 

 

 

 

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində dekabrın 11-i gündüz hava şəraiti əsasən yağmursuz keçmiş, lakin 11-i axşamdan 12-si səhərədək qeyri-sabit olmuş, əksər rayonlarda yağış, sulu qar, qar yağmış, bəzi yerlərdə intensiv olmuşdur.

Nazirliyin mətbuat xidmətindən Trend-ə daxil olan məlumata görə, qar örtüyünün hündürlüyü: Bakıda 6, Rvarudda (Lerik) 40, Altıağacda 29, Gədəbəydə 25, Yardımlıda 23, Xınalıqda 21, Lerikdə 20, Daşkəsəndə 19, Göygöldə 16, Kəlvəzdə 14, Sarıbaşda 13, Ağdərədə 12, Naxçıvanda 11, Şərurda 9, Şamaxıda 7, Şahbuzda 5, Mərəzədə 4, İsmayıllıda 3, İmişli, Lənkəran, Göyçayda 2, Cəfərxan, Biləsuvar, Kişçay (Şəki), Zərdab, Qəbələ, Xaçmazda 1, Quba-Qusar zonasında 20-32 sm olmuşdur.

Külək: Şimal-qərb küləyinin sürəti Neftçalada 20, Abşeron yarımadasında və Abşeron dəniz rayonunda 19-23, bəzi yerlərdə 25 m/s-dək güclənmiş, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.6 metrə çatmışdır.

Trend.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO