Azecology
Arrow
Arrow
Slider

Sorğu

İçməli suyun təmizlənməsi üçün filtrdən istifadə edirsinizmi?

View Results

Loading ... Loading ...

19-24 aprel – Parklara yürüş günü

 

 

 

 

 

 

 

 

 

 

 

“Parklara yürüş”- ətraf mühitin problemlərinə ictimai diqqəti cəlb etmək, nadir təbiət landşaftlarını, komplekslərini və obyektlərini qorumaq məqsədi daşıyan beynəlxalq bayramdır. İlk dəfə “Parklara yürüş” 1990-cı ildə Amerika Birləşmiş Ştatlarında ABŞ-ın Milli Parklar və Təbiəti Mühafizə Assosiasiyasının təşəbbüsü ilə keçirilmişdir. İndi isə bu bayram ABŞ-da kütləvi tədbir şəklində keçirilir və hər il 1 milyondan artıq insan bu tədbirdə iştirak edir. 1995-ci ildə “Parklara yürüş” ilk dəfə olaraq keçmiş SSRİ ərazisində keçirilmişdir. Rusiya Federasiyasının müxtəlif bölgələrində 20 qoruq və Milli park bu tədbirin təşkilatçıları kimi çıxış etmiş və iştirakçıların ümumi sayı 5 min nəfərdən çox olmuşdur. 1996-cı ildə “Parklara yürüş”ün coğrafiyası daha da genişlənir, yerli tədbirlər 120-dən çox yerdə keçirilir, şagird, tələbə, jurnalist, inzibati dövlət nümayəndələri və sahibkarlardan ibarət olan iştirakçıların sayı 70-100 min nəfərə çatmışdır. 1997-ci ildə Belarusiyanın qoruqları və Milli parkları Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstanın xüsusi qorunan əraziləri ilə birgə ilk dəfə olaraq “Parklara yürüş” günündə iştirak etmişlər.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO