Azecology
Arrow
Arrow
Slider

Sorğu

İçməli suyun təmizlənməsi üçün filtrdən istifadə edirsinizmi?

View Results

Loading ... Loading ...

Sahibindən qaçan 45 kiloluq tısbağa tıxac yaratdı

 

 

 

 

 

 

 

 

 

 

45 kiloqramlıq tısbağa Amerikanın Sarasota (Florida ştatı) şəhərində tıxaca səbəb olub. Sürücülər hadisə yerinə polis çağırıblar. Bu barədə Trend bazar ertəsi xarici KİV-ə istinadən xəbər yayıb.

Şerif Ron Lokkun sözlərinə görə, heyvanı yolun hərəkət hissəsindən götürmək üçün bir neçə güclü kişi səy göstərməli olub. Bundan sonra tısbağanı yük maşınına yükləyiblər və polis bölməsinə aparıblar. Bu barədə məlumat polis bölməsinin Facebook-dakı səhifəsində yerləşdirilib.

Hüquq-mühafizə orqanları heyvanın sahibini sosial şəbəkə vasitəsilə tapmağa çalışıblar. Tapılan tısbağa barədə elanın dərc edilməsindən bir neçə saat sonra onun sahibi Rayan Adams səhifədə şərh yerləşdirib. Həmin şəxs heyvanın adının Buldozer olduğunu bildirib. Tısbağa evin arxa həyətində yaşayırmış və hasarın altından lağım ataraq qaça bilib.

Tısbağa sentyabrın 20-də sahibinə qaytarılıb.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO