Azecology
Arrow
Arrow
Slider

Sorğu

İçməli suyun təmizlənməsi üçün filtrdən istifadə edirsinizmi?

View Results

Loading ... Loading ...

Türkiyəli müəllim ikibaşlı delfinə rast gəlib

Türkiyəli idman müəllimi Tuqrul Metin Egey dənizinin sahillərində istirahət edərkən qeyri-adi ikibaşlı ölü delfinə rast gəlib.

Almaniyanın “Welt” internet portalına istinadla xəbər verir ki, idman müəllimi dərhal polisə zəng vurub. Delfin üzərində tədqiqat işlərinin aparılması üçün Antalyadakı Ağdəniz Universitetinin bioloqlarına təhvil verilib.

Qeyd edək ki, analoji ikibaşlı delfinə ilk dəfə 1917-ci ildə Hollandiyanın Veyk-an-Ze şəhərinin sahilində rast gəlinib.

Türkiyəli bioloqlar belə bioloji varlığın mövcudluğu üzərində tədqiqat işləri aparırlar.

Azertag.az


Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO