Azecology
Arrow
Arrow
Slider

Sorğu

İçməli suyun təmizlənməsi üçün filtrdən istifadə edirsinizmi?

View Results

Loading ... Loading ...

Kür və Araz transsərhəd çayları yenə də çirkləndirilir

 

 

 

 

 

 

 

 

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən Kür və Araz transsərhəd çaylarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə dekabr ayının birinci ongünlüyü üçün aparılmış monitorinqin nəticələri açıqlanıb.

Nazirliyin mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, monitorinqin nəticələrinə əsasən Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar Şıxlı-2 məntəqəsində 4.3, Ağstafaçayda 3, Ağstafaçay su anbarında isə 3.7 dəfə yol verilən qatılıq həddini keçib. Eyni hal Araz çayında da müşahidə edilib.

Mis birləşmələrinin Kür və Araz çayları üzrə bütün məntəqələrdə norma daxilində tərəddüdü qeydə alınıb. Suyun oksigen rejiminin isə bütün məntəqələrdə 5.20-6.05 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişdiyi müəyyən edilib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO