Azecology
Arrow
Arrow
Slider

Sorğu

İçməli suyun təmizlənməsi üçün filtrdən istifadə edirsinizmi?

View Results

Loading ... Loading ...

“Royal Haskoning” Bakı buxtasının ekoloji vəziyyətinin yaxşılaşdırılması ilə bağlı ilkin qiymətləndirilməni təqdim edib

 

 

 

 

 

 

 

 

 

 

Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (ARDNŞ) Bakı Buxtasının ekoloji vəziyyətinin yaxşılaşdırılması layihəsi ilə bağlı müzakirələr aparılıb.

ARDNŞ-in mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, tədbirdə Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ekoloji vəziyyətinin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı”na və Nazirlər Kabinetində 2011-ci il 12 yanvar tarixində keçirilmiş iclasın protokoluna uyğun olaraq icrası Fövqəladə Hallar Nazirliyinə həvalə edilmiş Bakı Buxtasının ekoloji vəziyyətinin sağlamlaşdırılması məqsədi ilə həyata keçirilən tədbirlər, qarşılıqlı əməkdaşlıq və buxtanın ekoloji vəziyyətinin yaxşılaşdırılması istiqamətində aparılan işlər haqqında məlumat verilib.

Qeyd edilib ki, layihənin icrası bu sahədə böyük təcrübəyə malik “Royal Haskoning” şirkətinə həvalə olunub və şirkət vəziyyətin ilkin qiymətləndirilməsinin aparılması sahəsində nəticələri artıq təqdim edib.

Müzakirələrdə şirkətin ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə və struktur bölmələrin təmsilçiləri, Fövqəladə Hallar Nazirliyinin məsul şəxsləri, eləcə də Hollandiyanın “Royal Haskoning” şirkətinin nümayəndələri iştirak ediblər.

Azertag.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO