Azecology
Arrow
Arrow
Slider

Sorğu

İçməli suyun təmizlənməsi üçün filtrdən istifadə edirsinizmi?

View Results

Loading ... Loading ...

Gələn il iki dəfə Günəş, iki dəfə Ay tutulması baş verəcək

 

 

 

 

 

 

 

 

 

 

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov APA-ya açıqlamasında deyib ki, ilk Ay tutulması aprelin 4-də olacaq. Onun sözlərinə görə, ilk  Ay tutulması zamanı Ay Yerin kölgəsində şimal hissədən girəcək. Tutulma saat 15:16-da başlayacaq, 17:02-də maksimum olacaq, 18:45-də isə başa çatacaq. 3 saat 29 dəqiqə ərzində davam edəcək bu təbiət hadisəsini Asiya, Avstraliya Sakit okean və Amerikadan müşahidə etmək mümkün olacaq.

Növbəti Ay tutulması sentyabrın 28-də olacaq. Bu hadisə saat 06:08-də başlayacaq, 07:47-də maksimumda olacaq, 09:27-də başa çatacaq. Ay tutulması 3 saat 20 dəqiqə ərzində davam edəcək. Ayın tam tutulması, yəni səthinin qızarması isə 1 saat 12 dəqiqə ərzində olacaq. Bu hadisəni Sakit Okeanın şərq hissəsi, Amerika, Avropa, Afrika və Qərbi Asiyadan görmək mümkündür.

Hər iki Ay tutulması hadisəsi Azərbaycandan müşahidə edilməyəcək.

X.Mikayılov əlavə edib ki, ilk tam Günəş tutulması martın 20-sinə təsadüf edəcək. Onun sözlərinə görə, bu hadisəni Azərbaycandan da qismən müşahidə etmək mümkün olacaq. X. Mikayılov qeyd edib ki, Günəş tutulması martın 20-si saat 11:40-da başlayacaq, saat 15:48-də başa çatacaq: “Təbiət hadisəsi 4 saat 8 dəqiqə davam edəcək. Günəş tutulması maksimuma saat 13:44-də çatacaq. Azərbaycandan isə Günəş tutulması 1 saat 30 dəqiqə ərzində müşahidə ediləcək.

Növbəti Günəş tutulması isə sentyabrın 13-nə təsadüf edəcək. Bu təbiət hadisəsi saat 09:41-də başlayacaq, saat 11:53-də maksimumda olacaq, 14:06-da isə başa çatacaq. Günəş tutulması Cənubi Afrika, Hind okenının cənub hissəsi və Antarktidada müşahidə olunacaq. Bu hadisəni isə Azərbaycandan görmək mümkün olmayacaq.

Apa.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO