Azecology
Arrow
Arrow
Slider

Sorğu

İçməli suyun təmizlənməsi üçün filtrdən istifadə edirsinizmi?

View Results

Loading ... Loading ...

2 fevral – Ümumdünya su-bataqlıq yerləri günü

 

 

 

 

 

 

 

 

 

 

 

2 fevral 1971-ci ildə İranın Ramsar şəhərində “Sudaüzən quşlar üçün beynəlxalq əhəmiyyət daşıyan su-bataqlıq hövzələrinə dair Konvensiya” imzalanmışdır.

Azərbaycanda ümumi sahəsi 200 min hektardan artıq olan su-bataqlıq əraziləri mövcuddur. Sahəsi 1000 hektardan böyük olan bu sahələrin sayı təqribən 17-yə yaxındır.

Qızılağac, Dövlət Təbiət Qoruğu, Ağ göl və Şirvan Milli parkları Mahmudçala, Hacıqabul gölü, Kür çayının deltası, Sarısu, Dəvəçi limanı və Xəzər sahil boyu belə ərazilərə aiddir. Hər il bu ərazilərə qışlama və köç mövsümündə 100 minlərlə müxtəlif quş növləri toplanır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, “Əsasən su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyətli olan sulu-bataqlıq yerlər haqqında” Ramsar Konvensiyası 2001-ci il iyulun 18-də ratifikasiya edilib. 2003-cü il 5 iyul tarixində isə Azərbaycan Prezidentinin sərəncamı ilə Ağ göl Dövlət Təbiət Qoruğunun sahəsi 17924 hektara qədər genişləndirilib və ona Milli Park statusu verilib. Eyni zamanda Ağ göl, böyük və kiçik Qızılağac körfəzləri mühüm su-bataqlıq ərazisi kimi 2001-ci il 25 may tarixindən “Əsasən su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyətli olan sulu-bataqlıq yerlər haqqında” Ramsar Konvensiyasının “Ramsar siyahısı”na daxil edilib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO