Azecology
Arrow
Arrow
Slider

Sorğu

İçməli suyun təmizlənməsi üçün filtrdən istifadə edirsinizmi?

View Results

Loading ... Loading ...

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 95-105, Kiçik Qafqazın çaylarında 140-160, Lənkəran-Astara bölgəsi çaylarında isə 30-60 faizini təşkil edir. 
Tranzit çaylarda hazırki vəziyyət
Oktyabrın 12-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 8 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 139 m3/s olmaqla ongünlük normanın 82 faizini təşkil edir. 2014-cü ildə isə bu rəqəm 182 m3/s olmaqla ongünlük normanın 108 faizini təşkil edib. 
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 88 m3/s olmaqla, ongünlük normanın 82 faizini təşkil edir. 2014-cü ildə isə bu göstərici 168 m3/s təşkil edərək ongünlük normanın 157 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Oktaybrın 12-də Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 8, Şirvanda 12, Salyanda 43, Bankədə 30, Araz çayının Novruzlu məntəqəsində isə 3 sm azalma qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 368 sm (2014-cü il oktyabrın 12-də 334 sm), Şirvanda 249 sm (2014-cü il oktyabrın 12-də 199 sm), Salyanda 187 sm (2014-cü il oktyabrın 12-də 150 sm), Bankədə 175 sm (2014-cü il oktyabrın 12-də 178 sm), Araz çayının Novruzlu məntəqəsində isə 95 sm (2014-cü il oktyabrın 12-də 48 sm) təşkil edir. 

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO