Azecology
Arrow
Arrow
Slider

Sorğu

İçməli suyun təmizlənməsi üçün filtrdən istifadə edirsinizmi?

View Results

Loading ... Loading ...

“Sənin səsin-sənin gələcəyin: seçkilərdə gənclərin fəallığının artırılması üçün məlumatlandırma sessiyalarının təşkili” layihəsinə yekun vurulub

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası” (AVCİYA)Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə  “Sənin səsin-sənin gələcəyin: seçkilərdə gənclərin fəallığının artırılması üçün məlumatlandırma sessiyalarının təşkili” layihəsi çərçivəsində Şamaxı, Qobustan, Xaçmaz, Gəncə şəhərlərindən sonra  Bakı, Sumqayıt və Cəlilabad şəhərlərində təlimlər keçirib.
 
Layihə çərçivəsində keçirilən təlimlər zamanı ilk dəfə seçkilərdə iştirak etmək hüququ əldə etmiş gənclər seçki proseduru ilə bağlı maarifləndirilmiş, gənclərə seçkilərdə sadəcə seçici kimi deyil, həm də namizəd kimi iştirakın yolu, hüququ və prosedurları haqqında məlumat verməklə onların gələcəkdə qanunverici orqanda təmsil olunmalarına töhfə verilib. 
 
Habelə ölkə başçısı cənab İlham Əliyev tərəfindən təsdiq edilmiş “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf  Strategiyası”na əsasən həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan verib, onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynayıb. Bu siyasət çərçivəsində uğurla icra olunan bir sıra tədbirləri sadalamaqla gənclərimizin dövlətçiliyə bağlı, intellektual, yüksək dünyagörüşlü bir qüvvə kimi formalaşmasına dəstək verilib.
 
Bununlada layihəyə  yekun vurulmuşdur.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO