Azecology
Arrow
Arrow
Slider

Sorğu

İçməli suyun təmizlənməsi üçün filtrdən istifadə edirsinizmi?

View Results

Loading ... Loading ...

Respublika ərazisində qanunsuz balıq ovu ilə bağlı irimiqyaslı reydlərə başlanılıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Respublikanın su hövzələrində davamlı olaraq qanunsuz balıq ovuna qarşı mübarizə aparır, qanunsuz ov alətlərinin ərazilərdən çıxarılaraq məhv edilməsi istiqamətində intensiv tədbirlər həyata keçirir. 
Lakin Xəzər dənizinin bioresurslarının qorunub saxlanılması, artırılması və mühafizəsi üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və onun tabeli qurumları tərəfindən həyata keçirilən davamlı tədbirlərə baxmayaraq balıq ehtiyatlarının qanunsuz ovlanmasının, satışının qarşısının alınması tamamilə mümkün olmamış və hələ də belə anoloji hallara yol verildiyi barədə siqnallar və şikayətlər daxil olmaqdadır. Ona görə də su hövzələrində qanunsuz balıq ovunun qarşısının alınması və nəzarətin daha da gücləndirilməsi üçün həyata keçirilən mütəmadi tədbirlər çərçivəsində ETSN-də Xüsusi Komissiya yaradılıb və Komissiyanın tərkibinə Nazirliyin müvafiq qurumlarının əməkdaşları ilə birgə ictimaiyyət nümayəndələrinin, o cümlədən QHT təmsilçilərinin və həvəskar balıq ovçularının qatılması barədə qərar qəbul olunub. Bununla əlaqədar Nazirlik müvafiq normalar çərçivəsində balıq ovu ilə məşğul olan şəxsləri yaradılmış Komissiyanın işində aparılacaq yoxlamalarda iştirak etməyə dəvət edir. 
Könüllülər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı Qaynar xəttinə, həmçinin Ətraf Mühitin Mühafizəsi Departamentinə (012-537-21-86, 012-537-21-67) müraciət edə bilərlər. 

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO