Azecology
Arrow
Arrow
Slider

Sorğu

İçməli suyun təmizlənməsi üçün filtrdən istifadə edirsinizmi?

View Results

Loading ... Loading ...

Gənclər Fondunun dəstəyi ilə “Eko tur-təbiəti öyrənək və sevək” adlı layihəyə start verilib

10 dekabr 2015-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən “Eko tur-təbiəti öyrənək və sevək” adlı layihə çərçivəsində ilk “eko-tur” Abşeron milli parkında keçirilib. Açılışda iştirak edən 20 nəfər gənci salamlayan layihə rəhbəri Aytəkin Nuriyeva bildirib ki, “Eko tur-təbiəti öyrənək və sevək” layihəsinin əsas məqsədi gəncləri “eko turlar” vasitəsilə milli parklarla tanış etməkdən, ətraf mühitin qorunmasında gənclərin rolunun artırılmasından və onların ekoloji bilik və bacarıqlarının inkişafından ibarətdir. Gənclərin çoxu ölkəmizin müxtəlif rayonlarında mövcud “milli park”larla və digər mühafizə olunan təbiət əraziləri ilə tanış deyillər. Layihə çərçivəsində gənclər ölkəmizdə mövcud “milli park”ların bəzilərilə tanış olacaqlar.

Layihə rəhbərinin çıxışından sonra, ekoloq təlimçi tərəfindən gənclərə Abşeron və digər milli parklar barədə ətraflı elmi məlumatlar verilmiş və iştirakçı gəncləri maraqlandıran suallar cavablandırılmışdır.

3 ay müddətinə həyata keçirilməsi nəzərdə tutulan layihə çərçivəsində gənclərin Abşeron milli parkından başqa, Altıağac və Samur-Yalama milli parklarına da turları təşkil ediləcəkdir.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO