Azecology
Arrow
Arrow
Slider

Sorğu

İçməli suyun təmizlənməsi üçün filtrdən istifadə edirsinizmi?

View Results

Loading ... Loading ...

Azərbaycanın işğal altındakı ərazilərinin erməni dilində göstərildiyi xəritə BMT-nin rəsmi saytından çıxarılıb

 Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Mirzəyev Azərbaycanın işğal altındakı ərazilərinin erməni dilində təqdim edilməsi ilə əlaqədar İspaniya hökumətinin maliyyə dəstəyi və BMT İnkişaf Proqramı tərəfindən yaradılmış Dayanıqlı İnkişaf Məqsədləri Fondunun sədri Paloma Duran və BMT İnkişaf Proqramının rəhbəri Helen Klarka etiraz bəyanatı ünvanlayıb.

BAMF mətbuat xidmətindən APA-ya verilən məlumata görə, etiraz bəyanatından sonra təşkilatın saytında yerləşdirilmiş xəritə dərhal götürülüb.

Qeyd edək ki, Dayanıqlı İnkişaf Məqsədləri Fondunun (http://www.sdgfund.org/current-programmes) rəsmi internet səhifəsində dərc edilmiş xəritədə Azərbaycanın Dağlıq Qarabağ və işğal altındakı digər yeddi rayonunun adları (Cəbrayıl rayonunun Djrakan, Zəngilan rayonu Kovsakan) erməni dilində və ermənicə təqdim edilib. U. Rəhimoğlu tərəfindən ünvanlanmış bəyanatda Dağlıq Qarabağın rayonlarının, müxtəlif kənd və qəsəbələrin, digər tarixi toponimlərin işğal səbəbindən adlarının dəyişdirilərək erməni dilində və ermənicə təqdim edilməsinin işğal faktoruna və işğalın səbəb olduğu ədalətsizliklərə haqq qazandırdığı vurğulanıb və BMT qurumunun yaydığı rəqəmsal xəritədə gedən yanlışlıqların aradan qaldırılması tələb edilib.

Apa.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO