Azecology
Arrow
Arrow
Slider

Sorğu

İçməli suyun təmizlənməsi üçün filtrdən istifadə edirsinizmi?

View Results

Loading ... Loading ...

Dünya Turizm Təşkilatı: 2018-ci ildə turist axını 4-5 faiz yüksələcək

Dünya Turizm Təşkilatının (DTT) “Dünya turizm barometri” nəşrinin yanvar nömrəsində dərc edilən məlumata görə, 2017-ci ildə beynəlxalq turizm 7 faiz çoxalıb.

AZƏRTAC DTT-nin saytına istinadla xəbər verir ki, 2017-ci ilin nəticələri son yeddi ilin ən yüksək göstəricisidir. Ötən il bir çox istiqamətlər dayanıqlı inkişafı və əvvəlki illərdə zərər çəkmiş sahələrin bərpası ilə səciyyələnib. DTT-nin baş katibi Zurab Pololikaşvili bildirib ki, beynəlxalq səfərlər çoxalır və bu, turizm sektorunu iqtisadi inkişafın mühüm amili kimi möhkəmlədir. Turizm üçüncü ixrac sektoru kimi iş yerlərinin yaradılmasına və bütövlükdə cəmiyyətin inkişafına xüsusi diqqət verir. Turizmin inkişaf etməsi ilə yanaşı, bu yüksəlişin cəmiyyətin hər bir üzvünə fayda gətirməsinə və bütövlükdə dayanıqlı inkişafa uyğun gəlməsinə nail olmaq lazımdır.

DTT cari tendensiyalara, iqtisadi perspektivlərə və DTT ekspertlərinin təhlilinə əsasən 2018-ci ildə dünyada turist axınının 4-5 faiz yüksələcəyini proqnozlaşdırır.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO