Azecology
Arrow
Arrow
Slider

Sorğu

İçməli suyun təmizlənməsi üçün filtrdən istifadə edirsinizmi?

View Results

Loading ... Loading ...

Kür çayının Salyan məntəqəsində suyun səviyyəsi 22 santimetr artıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 120-140, Kiçik Qafqazın çaylarında 140-190, Lənkəran-Astara zonası çaylarında 200-260, Naxçıvan Muxtar Respublikası çaylarında isə 200 faizini təşkil edir.

Departamentdən bildirilib ki, yanvarın 29-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 175 kubmetr olmaqla ongünlük normanın 111 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm saniyədə 135 kubmetr təşkil etməklə ongünlük normanın 86 faizinə bərabər olub.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 1 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 70 kubmetr olmaqla ongünlük normanın 104 faizini təşkil edir. Ötən il isə bu göstərici saniyədə 50 kubmetr təşkil edərək ongünlük normanın 75 faizinə bərabər olub.

Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra və Araz çayının Novruzlu məntəqələrində 1, Şirvanda 4, Salyanda 22 santimetr artım, Bankədə 7 santimetr azalma qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 393 (2017-ci il yanvarın 29-da 419 sm), Şirvanda 255 (2017-ci il yanvarın 29-da 291sm), Salyanda 215 (2017-ci il yanvarın 29-da 249 sm), Bankədə 206 (2017-ci il yanvarın 29-da 217 sm), Araz çayının Novruzlu məntəqəsində isə 123 santimetr (2017-ci il yanvarın 29-da 148 sm) təşkil edir.

AZƏRTAC

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO