Azecology
Arrow
Arrow
Slider

Sorğu

İçməli suyun təmizlənməsi üçün filtrdən istifadə edirsinizmi?

View Results

Loading ... Loading ...

Bakının sürüşmə zonalarındakı son vəziyyət açıqlanıb

Bakının sürüşmə zonalarındakı son vəziyyət açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov “Report”a açıqlamasında bildirib ki, son günlər aparılan monitorinqlər nəticəsində Bayıl sürüşmə sahəsinin dinamikasında ciddi dəyişiklik müşahidə olunmayıb. Onun sözlərinə görə, ərazidə müşahidə işləri aparılır: “Bayıl sürüşmə sahəsinə reperlər, mayaklar quraşdırılıb. Hazırda sürüşmənin dinamikasında stabillik müşahidə olunur. Ümumilikdə, ərazidə prosesin tam bitdiyini, yekunlaşdığını demək olmaz. Geoloji proses hələ davam edir, ərazidə gərginlik var. Ancaq sürüşmənin özünün dinamikasında aktivlik qeydə alınmayıb. Ərazi daimi nəzarətdədir”.

R.Həsənov qeyd edib ki, Abşeron rayonunun Nübar qəsəbəsi və Masazır qəsəbəsində yerləşən Zəli gölü sürüşmə ərazisində son günlər aktivlik qeydə alınıb: “Aktivliyin səbəbi əraziyə düşən mövsümü yağıntıların təsiridir. Suraxanı rayonu Zığ qəsəbəsi ərazisində də sürüşmənin dinamikasında aktivlik olub”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO