Xəbərlərin siyahısı: İyun 2008 illər » Azecology
logo
Nəslin sağlamlığı ucuz genetik modifikasiya edilmiş məhsullara qarşı - xarici ekspertlərin rəyiEkoloji cəhətdən təmiz olan bahalı məhsullar qarşısında tərkibində genetik cəhətdən modifikasiya edilmiş orqanizm (GMO) olan ucuz məhsulların üstünlüyü və çatışmamasına dair mübahisələr uzun illərdir ki, səngimək bilmir. Amerikalı ekspert Rod Hanter (Rod Hunter) hesab edir ki, biotexnoloji bitkilər dünyada qida məhsullarına artan təlabat probleminin həllinin bir hissəsidir, lakin bir çox istehlakçılar ekoloji cəhətdən təmiz olan kənd təsərrüfatı məhsullarına görə daha pul çox ödəməyə hazırdırlar...

Tarix: 25-06-2008, 17:16 | Oxunub: 1508 dəfə | Kateqoriya: Təhlil|Ətraflı

Qlobal ekoloji problemlər. Onların insana, cəmiyyətə təsiri və aradan qaldırılması yollarıBütöv bir sistem kimi ekologiyanın meydana gəlməsi XIX əsrin sonu XX əsrin əvvəllərinə aiddir. 1913- cü ildə Ç.Edamsın «Heyvanların ekologiyasının öyrənilməsinə dair» əsəri çapdan çıxmışdır. 1914-cü ildə Britaniyada Ekoloji Cəmiyyətin ilk yığıncağı keçirilmişdir. (Qeyd etmək lazımdır ki, həmin cəmiyyət indi də mövcuddur.) 1916 - cı ildə Amerika Ekoloji Cəmiyyəti yaranmışdır. 1920-ci ildə Amerikada «Ekologiya» jurnalı nəşr olunmağa başlamışdır. Həmin jurnal indi dünyada bu sahədə ən populyar jurnallardan biridir...

Tarix: 25-06-2008, 16:41 | Oxunub: 35104 dəfə | Kateqoriya: Təhlil|Ətraflı

Ekologiya nədir?!Bəşəriyyətin müasir yaşayışını ekologiyasız təsəvvür etmək mümkün deyildir. Yazmağı, oxumağı, saymağı bilmədən yaşamaq nə qədər çətindirsə, ekologiyanın əsaslarını öyrənmədən də yaşamaq bir o qədər çətinləşir.
Hərtərəfli inkişaf etmək istəyən kəslər ekoloji biliklərə dair müvafiq mənbələri ardıcıl izləməli və onlara tənqidi yaradıcı münasibət bəsləməlidir. İnsanlar arasında ekoloji təfəkkürü formalaşdırmaq sahəsində bilənlər bilməyənlərə kömək etməlidirlər...

Tarix: 25-06-2008, 16:26 | Oxunub: 11279 dəfə | Kateqoriya: Təhlil|Ətraflı

Növbəti ekoloji problemPlanetimizdə ilk şəhərlər 5000 il bundan əvvəl yaranmışdır. Bu insanların ümumi təlabatını ödəyə bilən insan qrupları idi. Bu kompakt qruplarda insanlar birgə qidalanır, birgə qorunur və yaşayırdılar. Bu yaşayış yerləri adətən bir-birinə yaxın məsafələrdə yerləşirdi. Müəyyən müddət keçdikdən sonra həyat şəraiti dəyişdi, yaşayış məskənləri ərazi və say baxımından böyüdü. Bu şəhərlər insanların müasirləşməsinə şərait yaratdı. Mədəniyyət, hərb, din, şəhər qanunları və s. formalaşmağa başladı.
Şəhərlərin formalaşma prosesini şərti olaraq 3 dövrə ayırmaq olar...

Tarix: 25-06-2008, 16:20 | Oxunub: 3808 dəfə | Kateqoriya: Təhlil|Ətraflı

Fauna və flora təhlükə qarşısındadırSu mühitinin Azərbaycan da daxil olmaqla Xəzərsahili ölkələrin neft hasilatını artırması nəticəsində ifrat çirklənməsi balıq sənayesinə ciddi ziyan vurur. Xəzər dənizi üçün ən təhlükəli çirklənmə tərkibində zərərli kimyəvi maddələr olan tullantılarla çirklənmədir. Bunlardan neft karbohidrogenlərini, karbonukleidləri, xlor üzvi birləşmələri və ağır metalları göstərmək olar. Kimyəvi maddələr suyun və qruntun tərkibini dəyişdirir. Bu da öz növbəsində Xəzər dənizinin flora və faunasına öldürücü təsir göstərir. Bunlar genlərdə dəyişikliklərə səbəb olur ki, onlar da rüşeymləri məhv edir, irsiyyət və nəsil artma kimi bioloji funksiyaların pozulmasına şərait yaradır...

Tarix: 25-06-2008, 16:13 | Oxunub: 1445 dəfə | Kateqoriya: Təhlil|Ətraflı

Atmosferin çirklənməsi və parnik effektiPlanetimizdə son yüz il ərzində illik temperatur 1 selsi dərəcə artmışdır. Temperaturun 0,75 selsi artımı son onilliyə təsadüf edir. İqlimin qlobal istiləşməsi müxtəlif nəticələrə gətirib çıxara bilər: bəzi regionlarda yağıntıların çoxalması və ya quraqlıq; buzlaqların əriməsi; subasmalar və dəniz səviyyəsinin artması nəticəsində təsərrüfat üçün əhəmiyyətli sahələrin su altında qalması; təbii kataklizmlərin və infeksion xəstəliklərin sayının artması və s. Mütəxəssislərin fikrincə, temperaturun 10-15 selsi artması həyatın məhv olması ilə nəticələnə bilər...

Tarix: 25-06-2008, 16:10 | Oxunub: 5390 dəfə | Kateqoriya: Təhlil|Ətraflı

Səs-küy ekoloji problemiSəs dedikdə, hissəciklərin rəqslərinin elastiki mühitdə (bərk, maye, qaz) yayılması başa düşülür. Səsin bioloji və fiziki anlayışları mövcuddur.
Bioloji səs anlayışına rəqslər və dalğalar aiddir, hansılar ki, insanın eşitmə orqani ilə qəbul olunur. Səs o zaman hiss olunur ki, səslərin rəqsləri və intensivliyi müəyyən hüdudlarda olsun. Özünə məxsus qabiliyyət və yaşı nəzərə almasaq insanın qulağı üçün eşidilən rəqslərin spektri 15-20 hs-dən 20 khs-ə qədər olur...

Tarix: 25-06-2008, 16:05 | Oxunub: 3830 dəfə | Kateqoriya: Təhlil|Ətraflı

Əhalinin sağlamlığı təhlükədədirAvropadan qovulan transgen məhsul istehsalçıları "Biotəhlükəsizlik haqqında" qanunu qəbul etməyən Azərbaycan kimi ölkələrdə bazar axtarırlar. "Genetikası modifikasiya olunmuş orqanizmlərin (GMO), qeyri-ənənəvi ərzaq məhsullarının növləri və bazarda tutduğu həcmi artmaqda davam edir.
Paralel olaraq həzmetmə, əsəb, hormonal, immun sistemi zəifləmiş uşaqlar dünyaya göz açırlar. Yeni doğulanların 25-33 faizi genetik fəsadlara malikdir. Hesab edirəm ki...

Tarix: 25-06-2008, 15:59 | Oxunub: 1942 dəfə | Kateqoriya: Təhlil|Ətraflı

Reket-meduzalar. Bununla necə mübarizə aparmaq lazımdır?Xəzər dənizində nərə balığı nəslinin populyasiyası sürətlə tükənməkdədir.
Xəzəryanı beş ölkənin hakimiyyətləri kürü istehsalı üzrə sənayenin gələcəyi ilə bağlı ciddi şəkildə narahatlıq keçirirlər. Qara kürünün ümumdünya istehsalının əksər hissəsi Xəzərin üzərinə düşür, lakin Xəzərin problemləri daim çoxalmaqdadır. 12 yaş cinsi yetkinliyinə çatmış balıqların kürüsü onlar inkişaf edənədək brakonyerlər tərəfindən ovlanır. Qərb xüsusi xidmətlərinin məlumatlarına görə, ağbalıq kürüsü qaçaqmalçılara kokaindən daha çox gəlir gətirir. Ətraf mühitin mühafizəçiləri bəyan edirlər ki...

Tarix: 25-06-2008, 15:47 | Oxunub: 1946 dəfə | Kateqoriya: Təhlil|Ətraflı

Ekoloji siyasətin həyata keçirilməsi, onun təsirliliyi cəmiyyət üzvlərinin əlaqəli fəaliyyətindən çox asılıdırBəşəriyyəti hər an ekoloji fəlakətlə təhdid edən ətraf mühit insanları özünə qarşı həssas olmağa məcbur edir. Təsadüfi deyil ki, indi dünyanın hər yerində ekoloji təhlükəsizliyin qorunması üçün ciddi tədbirlər görülür, regional və beynəlxalq təşkilatlar bu işləri əlaqələndirilmiş şəkildə qurmağa çalışırlar.
Ölkəmizdə ətraf mühitin, biomüxtəlifliyin qorunması, meşələrin bərpası, təbii sərvətlərdən səmərəli istifadə olunması üçün hansı işlər görülür?...

Tarix: 25-06-2008, 15:38 | Oxunub: 1146 dəfə | Kateqoriya: Təhlil|Ətraflı