"Orta ümumtəhsil məktəblərində hüquq tərbiyəsinin təbliği məqsədi ilə tədbirlərin keçirilməsi" layihəsinin icrasının başa çatması və layihənin effektivliyinin qiymətləndirilməsi məqsədilə mətbuat konfransı keçirildi » Azecology
logo

"Orta ümumtəhsil məktəblərində hüquq tərbiyəsinin təbliği məqsədi ilə tədbirlərin keçirilməsi" layihəsinin icrasının başa çatması və layihənin effektivliyinin qiymətləndirilməsi məqsədilə mətbuat konfransı keçirildi

"Orta ümumtəhsil məktəblərində hüquq tərbiyəsinin təbliği məqsədi ilə tədbirlərin keçirilməsi" layihəsinin icrasının başa çatması və layihənin effektivliyinin qiymətləndirilməsi məqsədilə mətbuat konfransı keçirildi

İnsan Hüquqları üzrə İctimai Şura İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə icra olunan "Orta ümumtəhsil məktəblərində hüquq tərbiyəsinin təbliği məqsədi ilə tədbirlərin keçirilməsi" layihəsinin icrasını başa çatması və layihənin effektivliyinin qiymətləndirilməsi məqsədilə mətbuat konfransı keçirildi.

Mətbuat konfransında layihə rəhbəri Ənvər Qafarlı  layihə rəhbərinin köməkçisi Nərgiz Ramazanova və ekspert Ramil Süleymanov iştirak etdi. İnsan Hüquqları üzrə İctimai Şuranın sədri və layinənin rəhbəri olan Ənvər Qafarlı bildirdi ki,bu layihəni həyata keçirməkdə əsas məqsəd yetişməkdə olan gənc nəslin öz hüquq və azadlıqlarını dərindən dərk etməsinin, qarşılaşa biləcəkləri problemlər zamanı hüquq müstəvisində həllinə nail olmalarına kömək etməkdir. O, eyni zamanda Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının gənclərə hüquq sahəsində maarifləndirmə işlərinə verdiyi dəstək yüksək qiymətləndirilmiş, gələcəkdə də bu istiqamətdə layihələrin və geniş təbliğat işlərinin davam etdirilməsinin önəmi qeyd etdi. Layihənin eksperti Ramil Süleymanov isə şagirdlər tərəfindən layihəyə marağın çox böyük olduğunu xüsusilə vurğuladı.

Qeyd edək ki, 2 ay davam edən layihə çərçivəsində Yevlax, Bərdə, Şirvan, Biləsuvar, Cəlilabad, Şamaxı və Bakıdakı məktəblərdə 8-10-cu sinif şagirdləri üçün maarifləndirici seminar-məşğələlər keçirilmiş, şagirdlərə Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunan müvafiq müddəalar, Azərbaycan vətəndaşlarının, habelə şagirdlərin özlərinin bir sıra vəzifələri, hüquq və azadlıqları, Cinayət hüququ, Mülki hüquq, Ailə hüququ, Təhsil hüququ, Asayişin keşiyində dayanan hüquq işçilərinin vəzifələri və bu vəzifələrin dövlət əhəmiyyəti, Hüquq pozuntularının mahiyyəti, Birgəyaşayış normaları və bu normaların pozulması hallarının yolverilməzliyi barədə ətraflı məlumatlar verilmişdir.

 

14.12.2016

Mətbuat Xidməti

Tarix: 14-12-2016, 07:12 | Oxunub: 123 dəfə | Kateqoriya: Xəbərlər