Ekologiya və təbii sərvətlər naziri Zərdabda vətəndaşları qəbul edəcək » Azecology
logo

Ekologiya və təbii sərvətlər naziri Zərdabda vətəndaşları qəbul edəcək

Ekologiya və təbii sərvətlər naziri Zərdabda vətəndaşları qəbul edəcək

Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov dekabrın 27-də Zərdab şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Zərdab, Bərdə, Tərtər, Ucar, Xocavənd və Laçın rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.

 

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün info@eco.gov.az və ecologiya.nazirliyi@eco.gov.az elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 “Qaynar xətt”i ilə əlaqə saxlamaları, həmçinin 6 saylı ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinə müraciət etmələri xahiş olunur.

 

Apa.az

Tarix: 16-12-2016, 05:36 | Oxunub: 212 dəfə | Kateqoriya: Xəbərlər