"2085 saylı AŞPA qətnaməsi: praktikadan nəzəriyyəyə" mövzusunda konfrans keçirilib » Azecology
logo

"2085 saylı AŞPA qətnaməsi: praktikadan nəzəriyyəyə" mövzusunda konfrans keçirilib

"2085 saylı AŞPA qətnaməsi: praktikadan nəzəriyyəyə" mövzusunda konfrans keçirilib"2085 saylı AŞPA qətnaməsi: praktikadan nəzəriyyəyə" mövzusunda konfrans keçirilib"2085 saylı AŞPA qətnaməsi: praktikadan nəzəriyyəyə" mövzusunda konfrans keçirilib

Bakıda "2085 saylı AŞPA qətnaməsi: praktikadan nəzəriyyəyə" adlı elmi-nəzəri konfrans keçirilib.

 

APA-nın məlumatına görə, AVCİYA-nın təşkilatçılığı ilə keçirilən tədbirdə qurumun vitse-prezidenti Elçin Salmanov təmsil etdiyi təşkilatın əsas məqsədlərindən birinin Qarabağ həqiqətlərini dünyaya tanıtmaq olduğunu deyib.

 

Onun sözlərinə görə, AVCİYA-nın ən böyük uğurlarından biri AŞPA tərəfindən Sərsəng su anbarı ilə bağlı qətnamənin qəbul edilməsidir: "Hazırda Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə strateji obyektlər dağılır, bunlardan biri də Sərsəng su anbarıdır. Anbar baxımsızlıq səbəbindən qəza vəziyyətinə düşüb, bilərəkdən və ya bilməyərəkdən anbarda baş verə biləcək qəzası 400 min mülki əhalini təhlükə altında qoyur. Ermənilər qışda suyu buraxıb rayonlarımızı selə məruz qoyur, yayda isə suyun qarşısını alırlar ki, kənd təsərrüfatı ziyan çəksin".

 

Elçin Salmanov bildirib ki, AVCİYA sədri, millət vəkili Elxan Süleymanov məsələni indiyə kimi bir neçə beynəlxalq platformada qaldırsa da, ermənilər buna mane olublar: "Nəhayət, 2014-cü ildə AŞPA katibliyi məsələ üzrə işlərin başlamasına razılıq verib. Bu ilin yanvarında isə bununla bağlı qətnamə qəbul olundu. Bu, Azərbaycan diplomatiyasının son 20 ildə ən böyük qələbələrindən biri idi. Bu sənəddə həmçinin işğal məsələsi gündəmə gətirilir. Qətnamədə Dağlıq Qarabağın və 7 ətraf rayonun işğalı olnduğu qəbul edilir, ordunun işğal olunmuş ərazilərdən geri çəkilməsi tələb edilir".

 

AVCİYA-nın vitse-prezidenti bildirib ki, bu qətnamələr masa üzərində qaldıqca aktuallığını itirir. Ona görə də əsas məqsəd bu məsələləri daim gündəmdə saxlamaqdır.

 

Tədbirdə ali təhsil müəssisələri və AMEA-dan olan mütəxəssislər Sərsəng su anbarında baş verə boiləcək təhlükənin ekologiya üçün təhdidləri, erməni işğalı və bu məsələlərin beynəlxalq ictimaiyyət qarşısında daim qaldırılması barədə çıxışlar ediblər.

 

Apa.az

Tarix: 23-12-2016, 04:38 | Oxunub: 164 dəfə | Kateqoriya: Xəbərlər