Şimal küləyi güclənəcək » Azecology
logo

Şimal küləyi güclənəcək

Şimal küləyi güclənəcək

Aprelin 25-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Lakin gecəyə doğru bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz güclü olacaq.

 

ETSN-dən APA-ya verilən məlum ata görə, havanın temperaturu gecə 7-10° isti, gündüz 14-17° isti, Bakıda gecə 7-9° isti, gündüz 14-16° isti olacağı gözlənilir.

 

Atmosfer təzyiqi 763 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək.

Nisbi rütubət gecə 75-85 %, gündüz 60-70% təşkil edəcək.

 

Aprelin 25-də gün ərzində Bakıda və Abşeron yarımadasında şimal-qərb, şimal küləyinin güclənəcəyi gözlənilir.

 

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 7-12° isti, gündüz 15-20° isti, dağlarda gecə 2-7° isti, gündüz 8-13° isti olacağı gözlənilir.

 

Apa.az

Tarix: 24-04-2017, 05:22 | Oxunub: 80 dəfə | Kateqoriya: Xəbərlər » Ölkədə